Terra Group - paytaxt və rayonlarda memarlıq planlaşdırılması və inşaat sahəsində xidmtlərini təklif edir.


Terra Group şirkətinin əsas fəaliyyət istiqamətləri sosial və sənaye obyektlərinin layihəndirilmə və tikintisi, mədəni irsli obyektlərin bərpa və rekonstruksiyası, yaşayış evlərinin tikintisini əhatə edir.


Ekspertlərimizin tikinti bazarında apardığı mütamədi izləmələr, irəlidə gedən texnologiyaların istifadəsi və öncəki layihələrin icrası zamanı qazanılmış təcrübənin tətbiqi yeni obyektlərin sürətli, keyfiyyətli və qazanclı inşası üçün zəmin yaradır.

 

Yaradıcı yanaşma və unikal memarlıq ideyaları şirkətimizin şərtsiz üstünkləridir. Bu baxımdan, memar Azər Hümbətlinin işləri xüsusilə seçilir.

 

Təhsilini memarlıq-şəhərsalma üzrə almış Azər, “Liman Park”, “İzmir Park”, fərdi yaşayış evləri, əyləncə mərkəzləri və digər orijinal və müstəsna layihələrin müəllifidir.

 

“Memarlıq – məkan, zaman, imkan və insanın həmahəngliyidir”.

Biz öz müştərilərimizə həm fərdi iş örnəkləri, həm də bütöv kompleks-inşaat xidmətlərini təqdim etməyə şadıq. Bunların sırasına lahiyələndirilmə, memarliq həlli və tikinti daxildir.

 
Bugün “Terra group” MMC, ən mürəkkəb və gözlənilməz tapşırıqların yerinə yetirilməsinə yönələn, bir-biri ətrafında möhkəm birləşmiş bir qrup professionallardan ibarətdir. Bu amil, artıq bir sıra iri və orta həcmli obyektlərin inşaatını yerinə yetirən şirkətimizin gələcəyinə ümüdlə baxmağa imkan yaradır.

Ünvan
Bakı, Azərbaycan
İ.Hidayətzadə küç; 51A

(+994) 12 567 96 82
(+994) 55 930 21 21

Əlaqə